Загрузка...

Azərbaycanın Dövlət Bayrağı haqqında az adamın bildiyi faktlar Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycanın dövlət bayrağı haqqında indiyə qədər bir çox məlumatlar verilib, yazılıb.

Onunun rənglərinin nə mənaya gəldiyini, üzərindəki simvolların anlamlarını bilməyən insan çox az olar. Bu qalereyada isə çox az adamın bildiyi məlumatları sizinlə paylaşacağıq.

1. Azərbaycanın dövlət bayrağı ilk dəfə ADR (Azərbaycan Demokratik Respublikası) tərəfindən iyunun 21-i 1918-ci ildə şəkildə gördüyünüz kimi təsis olunmuşdu.

1

Lakin Azərbaycanın bir dövlət kimi tanınmasında rəsmi razılıqlar əldə etmək üçün ölkə xaricinə yollanmış dövlət rəsmilərimizə o vaxt ingilislər bu bayrağın türk bayrağına çox oxşadığı iradını bildirmiş, bununla əlaqədar olaraq da bayraqda müəyyən dəyişikliklər aparılaraq indiki vəziyyətinə salınmışdır. İngilislərin irad tutduğu bu bayraq həqiqətən də Osmanlı imperatorluğunun 18-ci əsrin sonundan 19-cu əsrin 50-ci illərinədək mövcud olmuş dövlət bayrağı idi.

2. Yeni bayraqda yaşıl rəng birinci gəlirdi, sonra isə Məhəmməd Əmin Rəsulzadə Türkiyədə olduğu müddətdə bunu yenidən dizayn edərək yaşıl rəngin yerini dəyişdi.

2

3. 1920-ci illərdə Azərbaycana Sovet hakimiyyəti gələndən sonra bayraqla bağlı qanunvericilikdə düz 8 dəfə bəzi dəyişiklik edilərək 1981-ci ilə qədər bu formada olmuşdur:

3

1981-ci ildə qəbul olunan yeni qanunla, bayraq haqqında Əsasnaməyə əlavədə Azərbaycan SSR Dövlət bayrağının əks tərəfinin rəsmi təsdiq olunmuşdu, buradan oraq, çəkic və ulduz təsvirləri çıxarılmışdı.

4. Atatürkün Məhəmməd Əmin Rəsulzadənin Qaldırdığı Bayraq Haqqında Dedikləri:

4

”Məhəmməd Əmin bəy, mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!” - bu sözlər əslində heç vaxt deyilməyib. Qeydiyyata alınmış heç bir Atatürk nitqində bu sözlərə rast gəlinmir.

Ancaq bu cümlələrə rast gəlinir: ”İngilislərə nökərcilik etməkdən zövq alan Müsavat Hökuməti və bu hökumətin ağalarının təhriki ilə şübhə yoxdur ki, Gürcülərin və Ermənilərində iştirakıyla bolşevik ordusunun tamamı ilə gerisinə düşən Gəncə bölgəsində bir irtica vücuda gətirilmişdir”.

Mənbə: TBMM D. İ. C. 3, 48, içtima, S. 217/224, 14. 8. 1920

5. Xan Şüşinskinin Sovet Dövrününün ciddi repressiyası şəraitində bayrağa verdiyi gizli mesaj:

"Şuşanın dağları başı dumanlı,
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım."

20-ci əsrdə yaşamış Azərbaycanın böyük xanəndəsi Xan Şüşinski Şuşaya həsr etdiyi bu mahnıda dağların başı dumanlı deməklə, mavi səmaya, qırmızı qoftalı deməklə dağın döşünə, yaşıl tumanlı deməklə isə dağın yamaclarına işarə edərək Azərbaycan bayrağının simvolik təsvirini yaradırdı.

Əgər bu məqalədə sizi təəccübləndirən məlumat oldusa, aşağıda şərh yaz: 

0 awesome comments!
Oxu 485 dəfə
Загрузка...
Загрузка...
Загрузка...