ŞOK İDDİA! “Günay Fazil Mustafanın sevgilisidir”

“İki-üç gün öncə ATV kanalının indiyədək baxmadığım bir verilişində tanımadığım insanlardan biri Türkiyə türkcəsində danışıb. Ona bəzi tanınmış şəxslər irad bildiriblər ki, xarici dildə danışdığına görə mütləq cəzalandırılmalıdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb. O, ATV-də yayımlanan “Bu stil mənim” verilişində Türkiyə türkcəsində danışdığı üçün qınaq obyektinə çevrilən model Günay Musayevadan bəhs edib:

“Bu məsləyə reaksiyam bələ olub ki, istənilən şəxs əcəb edib Azərbaycan televiziyasında türkcə danışır, siz də gedib Türkiyə televiziyasında Azərbaycan türkcəsində danışın, bir-birimizi rahatlıqla anlamağa alışaq. İndi İrandan yönləndirilən şəbəkə, informasiya mətni hazırlayıb və öz saytlarına tirajlayıb ki, bəs türkcə danışan həmin model Fazil Mustafanın sevgilisi olduğuna görə, onu müdafiə edib. Bu cür böhtanlara ara-sıra rast gəldiyimizə görə üzərində çox durmuram. Həm də 14 əsrdir o nəhənglikdə Peyğəmbərimizin (s.a.s.) dürüstlüyü Quran ayəsi ilə təsdiq olunmuş bilgə qadını Hz. Aişəni əxlaqsızlıqda təqsirləndirən bu siğədən doğulanlardan başqa bir şey də gözləmək doğru olmazdı”.

LuxLife.Az

Загрузка...