Şou əhlinin bahalı geyim, aksesuar sevdası – FOTO

Şou əhli hər zaman baxımlı görünmək, tamaşaçı qarşısına formada çıxmaq üçün geyiminə, xarici görkəminə fikir verir, bunun üçün böyük məbləğdə pullar xərcləyir. Tamaşaçılar isə ekran başından izlədiyi müğənnilərin geyimlərini haradan alması, xüsusən də qiymətinin nə qədər olması ilə maraqlanır.

“Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.

Xanəndə Gülay Zeynallı ağ, üstü nöqtəli printlərlə bəzədilmiş libasla “Xəzər” TV-də yayımlanan “5-də 5” proqramına qatılıb. Geyindiyi don “Massimo Dutti” brendinə məxsusdur. Zeynallı bu geyimə 228 manat pul xərcləyib.

Ara-sıra gözdən itən, səsi sorağı Türkiyədən gələn tanınmış ifaçı Aysel Əlizadə geyimi ilə diqqət çəkib. Aysel İstanbul küçələrində bahalı aksesuarları ilə gəzişib. İfaçının çantası “Fendi” (2041 azn), ayaqqabısı “Celine” brendinə (1331 azn) məxsusdur.

2010-cu ildə 55-ci “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən, ailə qurduqdan sonra müğənnilik sənətindən uzaqlaşan Səfurə Əliyeva geyimləri və dəbdəbəli aksesuarları ilə seçilən məşhurlardandır. Məclislərin birinə gedərkən Səfurə “Valentino Garavani” brendindən çanta taxıb. Qiyməti isə 6247 manatdır.

Əməkdar artist Röya Ayxanın ATV-də yayımlanan “Zaurla Günaydın” proqramına geyindiyi mont “Alexandre Vauthier” brendinə ( 4318 AZN), ağ, üstündə qız şəkli ilə olan köynək isə “Terekhov” brendinə ( 521azn ) məxsusdur. 

Xalq artisti Aygün Kazımova dəb diktə edən ulduzlardandır. Onun aksesuar seçimi diqqət çəkib. Belə ki, onun qolundakı bilərziyin qiyməti 772 manatdır. O, bu dəfə “Bulgari” brendinə müraciət edib.

Zövqü ilə göz oxşayan məşhur müğənni Günay İbrahimlinin çanta sevgisi izləyicilərin marağına səbəb olub. İbrahimlinin çantası “Chloe” brendindəndir. Sənətçinin çantasının qiyməti 2873 manatdır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol