Soyunmaqdan zövq alan müğənnimiz müflis oldu

Azərbaycanlı müğənni Afaq Aslan müflis olub. Bu barədə Milli.Az-a ifaçının özü məlumat verib. O bildirib ki, devalvasiyaya görə bir neçə ay öncə açdığı çay evini bağlamalı olub:

“Dolların qalxması mənə də təsirsiz ötüşmədi. Özümə yeni biznes qurmuşdum. İstəyirdim ki, əlavə gəlir yerim olsun. Amma dollar qalxdı, gördüm ki, bu iş mənlik deyil. Açdığım kiçik restoranı bağlatdırdım. Təxminən 87 min manata yaxın pul xərcləmişdim. Hətta borcuma görə bir neçə gün öncə maşınımı da satdım. Bir sözlə, bankrot oldum. Bunu deməkdən çəkinmirəm. Bu hal hamının başına gələ bilər. Sadəcə bəziləri elə fikirləşirlər ki, Afaqın milyonları var. Artıq ağzıgöyçəklər məndən gözlərini çəksinlər, rahatlaşsınlar”.

A.Aslan onu da əlavə edib ki, biznesinin çökməsi onun fevral ayında təqdim edəcəyi layihəsini də təxirə salıb: “Türkiyədə bir şirkətlə kontrakt imzalayıb, bütün detalları danışmışdıq. Hətta pulun yarı hissəsini də ödəmişdim. Devalvasiyadan sonra prodüserim həmin şirkətlə əlaqə saxladı və onlara layihədən imtina etdiyimi açıqladı”.

LuxLife.Az

Загрузка...