“Südüm donacaq” – Oksana bikinidə buz üstündə konki sürdü – VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Luxlife.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Rusiyanın Dzerjinsk vilayətində yaşayan Oksana Sutyagina adlı qadın yarıçılpaq halda qarlı havada buz üstünə çıxaraq konki sürüb.

O, videonu çəkən rəfiqəsinə: “Bəsdir, getməliyəm, yoxsa südüm donacaq. Mən uşaq əmizdirirəm”, – deyib.

Mətbuata açıqlama verən 27 yaşlı Oksana hər il yarıçılpaq halda buz üstündə konki sürdüyünü söyləyib.

Загрузка...