Südün içinə əncir töküb içsəniz…

Təzə və xüsusilə quru əncir insan bədəninin hüceyrələrini bərpa edir. Əncir zülal, vitamin və mineral tərkibi ilə hüceyrələrin yenilənməsini təmin edən bir qidadır.

Luxlife.az xarici KİV-ə istinadən xəbər verir ki, əncir eyni zamanda südlə birlikdə də bir çox xəstəliklər üçün faydalıdır. 

Bunun üçün qaynayan südün içərisinə 3-4 ədəd əncir atın. 5 dəqiqə onların qaynamasını gözləyin. Qaynama prosesi başa çatdıqdan sonra əncirli süd qarışığını doğrayıcıdan keçirin. Əncirlər südə qarışdıqdan sonra hazırladığınız məhlulu qəbul edə bilərsiniz.

Bronxit və öskürək kimi sağlamlıq problemlərində əziyyət çəkən insanlar bu qarışımdan istifadə edə bilərlər.

Süd içə bilməyən şəxslər quru əncir yeməklə onun verdiyi faydaları əldə edə bilərlər. Əncirin içərisindəki kalsium və fosfor sümük və dişlərin formalaşması, eyni zamanda onların sağlamlığının təmin olunması baxımından olduqca faydalı bir bitkidir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol