Sumqayıtda avtobus binaya çırpılıb – 20-dən çox yaralı var – Video

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.


Luxlife.az “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı məhəllə ərazisində qeydə alınıb.


Belə ki, 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Загрузка...