Tənhalıq bu yaşlarda daha da acıdır

Kaliforniyanın San Diyeqo Universitetinin alimləri insanların özlərini tənha hiss elədikləri 3 dövrü müəyyən ediblər.

Luxlife.az bildirir ki, bu barədə WebMD xəbər verib.

Alimlər 27-101 yaşlı iştirakçıların psixoloji vəziyyətlərini analiz ediblər. İnsanların özlərini “atılmış” hiss edib-etmədiklərini müəyyən etmək üçün 3 növ anketdən istifadə olunub. Bunun yanında alimlər vurğulayıblar ki, belə hiss insanların real ünsiyyət dairəsindən asılı olmaya bilər.

Məlum olub ki, tənhalığın birinci pik həddi 25-30 yaşlarında, bundan sonrakı mərhələ 50-55 yaşlarında, üçüncü, sonuncu isə artıq 80 yaşdan sonra olur.

Birinci dəfə insanlar öz fəaliyyətləri, davranışları və uğurlarından narazılıqla əlaqədar tənhalıq hiss edə bilərlər. Onlar öz yaşıdlarına baxaraq düşünə bilərlər ki, vaxtında düzgün qərar verə bilməyiblər.

50 yaşdan sonra şəxsdə səhhətilə bağlı problemlər yaranır, bu da tezliklə öləcəyi barədə fikirlər doğurur.

Yaşlı vaxtında vəziyyəti ağırlaşdıran isə ya öz zəifliyi, ya da yaxınlarını itirməsi ola bilər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol