Tanınmış model gizli şəkildə ərə getdi – FOTO

Məşhur türk modeli Tülin Şahin bir müddətdir ki, sevgili olduğu portuqaliyalı iş adamı Pedro de Noronha ilə evlənib.


Luxlife.az Ölkə.az-a istinadla xəbər verir ki, Tülinlə iş adamının toyu Portuqaliyada baş tutub.
Toy mərasimində cütlüyün ailələri iştirak edib. Noronhanın Lissabondakı evində toy edən cütlük işlərin çoxluğu səbəbindən bal ayına çıxmayıb.
Məlum olub ki, cütlük tezliklə Türkiyəyə səfər edəcək və dostları ilə də toylarını qeyd edəcəklər.
Qeyd edək ki, Tülin Şahin 2005-ci ildə aşbaz Memet Özer ilə evlənsə də, 12 illik ailə ötən il dağılmışdı.

Загрузка...