Tarkan Rusiyadan 800 min qazanacaq

Qızı Liya doğulandan sonra övladı və xanımı Pınar Tevetoğlu ilə daha çox vaxt keçirmək üçün konsertlərinə fasilə verən Tarkan yenidən işinə qayıdıb. 

Luxlife.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının yenidən başlayacağı konsert turnesinin yeri və vaxtı bəlli olub. 

Tarkan 11 martda Kazandaki 10 min tamaşaçı yeri olan arenada çıxış edəcək. İfaçı daha sonra Moskovadakı “Crocus City Hall”da rusiyalı pərəstişkarları ilə görüşəcək. Tarkanın Rusiyada dörd konsert vermək üçün 800 min dollar qonorar alacağı bildirilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol