“Whatsapp”da silinən mesajları oxumağın yolu tapıldı

“WhatsApp”da silinmiş mesajları gizli şəkikldə oxumağın yolu tapılıb.
Qaynarinfo xəbər verir ki, əgər birinə göndərdiyiniz mesajı qarşı tərəf oxumadan silə bilsəniz belə, həmin mesajı oxumaq mümkün olur.

Danışdığınız şəxs sizə göndərdiyi mesajı silibsə, “WhatsApp”ı telefonunuzdan silin və yenidən yükləyin. Bu proses tamamlandıqdan sonra mesaj keçmişiniz geri qayıtmış olacaq və bu zaman silinmmiş mesajı da oxuya biləcəksiniz.


Online olanda sİzə göndərilmiş mesaj silinibsə, “bu mesaj silindi” şəklində bir xəbərdarlıqla qarşılaşırsınız. Beləliklə mesaj yazışmadan silinsə belə, telefonun yaddaşında qalır.


Silinmiş mesajları görməyin digər bir yolu isə Android telefonlarda endirmə proqramından istifadə etməkdir. “WhatsApp” silinmiş mesajların bildirişlərini silsə də, bu tip proqramlar mesajları silinmədən öncə depolamaq qabiliyyətinə sahib olur. Lakin bu tip tətbiqlərin təhlükəsizlik məsələsi hər zaman sual altında olur.


“WhatsApp” rəsmiləri bu boşluğu aradan qaldırmaq üçün sosial şəbəkənin yeni versiyasını təqdim etməyi planlaşdırır. Lakin, yenilənmiş tətbiqin nə vaxt təqdim olunacağı hələlik bilinmir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol