Android smartfonlarda kriptovalyuta mayninq edən virus aşkar edilib

“QiHo 360” şirkətinin mütəxəssisləri Android sistemli cihazları yoluxduraraq Monero kriptovalyutasını mayninq edən ADB.miner adlı yeni zərərli proqram təminatını aşkar ediblər.

Bu zərərli proqram təminatı əsasən əməliyyat sisteminin vacib funksiyalarını işə salmaq üçün Android Debug Bridge (ADB)-in istifadə etdiyi 5555 portuna hücum edir. Mütəxəssislərin sözlərinə görə ADB.miner nəinki smartfonlara, həmdə smart televizorlara da hücum edir. Hal-hazırda ADB.miner təqribi olaraq 7400 cihazı yoluxdurub.

Mütəxəssislər bu virusun olduqca aqressiv xarakterini müşahidə ediblər. Belə ki, bu virusa yoluxmuş cihazlar daimi olaraq şəbəkədə yeni qurbanları axtarırlar. Hər 12 saatdan bir şəbəkəni skan edən cihazların sayı 2 dəfə artır. Sözügedən virus müxtəlif Android versiyalarını və telefon modellərini yoluxdurur. Görünür, ADB.miner nüvə səviyysəində olan boşluqdan istifadə edir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol