“Intel” şirkəti Vaunt adlı “ağıllı” eynəyi təqdim edib

Bu barədə The Verge saytı xəbər verib. Intel Vaunt eynəyinin çəkisi 50 qramdan azdır. Onun daxilində olan lazerlər isə istifadəçinin göz qişasına 400×150 piksel keyfiyyətli təsviri ötürürlər. Eynəyin sahib olduğu bütün elektronik detallar onun hər iki kənar hissəsində yerləşir. Buna görə də həmin elektronik detallar əyilə bilirlər. Buna bənzər smart eynəklər adətən çox sərt olurlar və onların kənar hissələrində batareyaların yerləşdiyindən həmin kənar hissələrin vəziyyətini dəyişmək olmur.

Bundan əlavə olaraq lazerlər tərəfindən əks olunan təsvirlıər birbaşa istifadəçi gözünün qişasına ötürülür. Buna görə də istifadəçinin görmə qabiliyyətindən asılı olmayaraq təsvirlər dəqiq əks olunurlar. Şirkət bildirib ki, lazerlər tərəfindən əks olunan təsvirlər birbaşa göz qişasına ötürülsə də onlar gözlər üçün tamamilə təhlükəsizdir. Belə ki, lazerin gücü o qədər aşağı səviyyədədir ki, şirkət hətta bu texnologiyanı sertifikatlaşdırmayıb da.

Vaunt hələki miktofon və səsgücləndirici kimi özəliklərə sahib deyil. O həmçinin Google Glass kimi xarici tərəfdən kameranı da özündə birləşdirmir. Xarici görünüşcə yeni smart eynək adi eynəyə bənzəyir. İlk öncə Vaunt bildirişlərin əks olunması üçün nəzərdə tutulub. Eynək Bluetooth vasitəsilə Android və ya iOS sistemli smartfona qoşulur. Şirkət bildirib ki, bu eynək 18 saat avtonom rejimdə çalışa bilir. Bu il şirkət eynəklər üçün tətbiqlərin hazırlanması baxımından tərtibatçılara şərait yaradacaq. Vaunt-un təqribi çıxış tarixi və qiyməti barəsində isə heç bir məlumat verilməyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol