Nokia 8 Sirocco haqqında yeni məlumatlar sızdırıldı

Bir neçə müddət bundan öncə “HMD Global” şirkəti təsdiq etmişdi ki, 26 Fevral tarixində MWC 2018 tədbiri çərçivəsində yeni model Nokia smartfonlarını təqdim edəcək.

Yeni sızdırılmış məlumatlara əsasən həmin təqdim olunacaq modellər arasında həmçinin Nokia 8 Sirocco smartfonu da olacaq. Əvvəlki məlumatlar təsdiq etmişdi ki, şirkət yeni nəsil Nokia 8 üzərində çalışır. Qeyd etmək lazımdır ki, 2006-cı ildə Nokia brendi Nokia Sirocco adlı telefonu satışa çıxartmışdı. Həmin vaxtda isə bu telefon brendin ən bahalı modeli hesab olunurdu.

Güman olunur ki, təqdim olunacaq yeni Nokia 8 modeli Sirocco brendinin davamçısı olacaq. Sızdırılmış yeni məlumatlara əsasən Nokia 8 Sirocco Snapdragon 845 prosessoru, 6 GB RAM, biri 12 MP, digəri isə 13 MP olmaqla ikili arxa kamera, 5 MP-lik ön kamera, 3250 mAh enerji tutumlu batareya və 5.5 inç OLED ekran ilə təchiz olunacaq. Həmçinin smartfon IP67 standartı üzrə tozdan və sudan qorunan korpusa sahib olacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol