Bill Gates artıq dünyanın ikinci ən varlı şəxsi deyil

“Berkshire Hathaway” şrikətinin təsisçisi Warren Buffett 2 Fevral tarixində dünyanın ən varlı şəxsləri siyahısında Bill Gates-i 3-cü pilləyə endirdi.

Hal-hazırda Warren Buffett-in sərvəti 93.2 milyard dollar dəyərindədir. Bill Gates-in sərvəti isə 92.7 milyard dollar təşkil edir. Siyahının birinci yerində artıq bir neçə aydır ki, “Amazon” şirkətinin yaradıcısı Jeff Bezos qərarlaşır. 1 ildən az bir müddətdə onun sərvəti 45 milyard dollar böyüyüb. Təbii ki, bu cür nailiyyətin arxasında “Amazon” şirkətinin uğurları dayanır. “Amazon”un təkcə sonuncu rüb nəticələrinin elanından sonra onun sərvəti 6.5 milyard dollar böyüyüb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol