Ticarət mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlandı

Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlanıb.

Ticarət mərkəzinin sahibi “Report”un hadisə yerində olan əməkdaşına bildirib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb. Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb.

Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb.

Yanğın “Diqlas” ticarət mərkəzində baş verib.Bizimyol.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-nin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Загрузка...