“Toppuş bacı”dan boşanma xəbərlərinə cavab – Fotolar

Загрузка...

Luxlife.az-ın məlumatına görə, bu sözləri əməmkdar artist Tünzalə Əliyeva “Gündən-günə” verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa bildirib ki, efir üçün darıxıb:

“Ancaq pozitiv olmağa çalışıram. Çox hərəkətdə ola bilmirəm. Amma çox darıxmışam efir, rollar üçün. İrəvan Teatrında işə başladım. İki dəfə səhnəyə çıxmışam”.

“Toppuş bacı” ləqəbi ilə tanınan Əliyeva xeyli çəki atıb. Tanınmaz halda olan Tünzalə daha arıqlamaq istəmədiyini bildirib. 

T.Əliyeva həyat yoldaşı Röyalla ayrılma xəbərlərinə münasibət bildirib:

“Allah bütün ailələri qorusun, qadınlara həyat yoldaşımın məni sevdiyi qədər sevgi qismət etsin. Eləcə də, mənim onu sevdiyim qədər sevgi qismət etsin. Tanınmışlar içərisində bəlkə də yeganə gəlinəm ki, qayınanası ilə ana-bala kimiyik. Hətta qayınatamla nərd də oynayıram. Hamıya bizimki kimi məhəbbət arzulayıram. Biz əl-ələ tutub hər zaman deyirik ki, həyatımız yaxşı olacaq. Çox xoşbəxt bir ailəyik”.

Qeyd edək ki, aktrisa arıqlamaq üçün mədəsini kəsdirmişdi. 

Bu xəbərə şərh yaz

avatar
  Abunə ol  
Xəbərdar ol