Türkiyədə azərbaycanlı pulla dolu bağlamanı zibilliyə atdı – FOTO

Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu bağlamanı yanlışlıqla zibilliyə atıb.

Elşən qardaşı Vüqar ibrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan sellofanı zibil qutusuna atıb. Vəziyyəti daha sonra başa düşən Elşən dərhal jandarmaya müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib.

Türkiyədə azərbaycanlı pulla dolu bağlamanı zibilliyə atdı - FOTO
Загрузка...