Türkiyədə öldürülən Qənirənin meyiti Gəncəyə gətirildi

Загрузка...

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda qətlə yetirilən Azərbaycanlı qızın cənazəsi yaxınlarına təhvil verilib.

Luxlife.az xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarovanın meyti artıq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsində ekspertiza olunub. Qətlə yetirilən qızın meyti dünən gecə yaxınlarına təhvil verilib. Qənirə Cabbarova dəfn olunmaq üçün təyyarə ilə cənazəsi doğulub, boya-başa çatdığı Azərbaycanın Gəncə şəhərinə gətirilib.

Qeyd edək ki, iki gün əvvəl 24 yaşlı Qənirə Cabbarova Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında taksi ilə evinə qayıdarkən Halil.A. adlı sevgilisi tərəfindən taksidə 55 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol