Uber” gizli şəkildə iOS istifadəçilərini izləyib

Uber tətbiqi hətta mobil cihazdan pozulandan sonra belə, istifadəçiləri izləyirmiş.

“Apple”, “Uber”i, konfidensiallıq qaydalarının pozulmasında günahlandırıb və onun tətbiqinin App Store-dan pozulması ilə hədələyib. Məlumata əsasən iOS-də Uber tətbiqini pozan zaman, tətbiq mobil cihazda gizli vasitə qoyurdu. Həmin vasitə ilə iOS istifadəçiləri hətta tətbiqi pozduqlarından sonra da izlənilirdilər. Bu halda “Uber”, fingerprinting-dən (mobil cihazın əməliyyat sistemi haqqında məlumatın əldə edilməsi üçün üsul) istifadə edib. Tətbiq özündən sonra böyük olmayan gizli iz buraxırdı. Luxlife.Az technote.az-a istinadən bildirir ki, “Uber” hətta tətbiqin silinməsindən sonra da iOS istifadəçilərini izləyə bilirdi. Bu isə öz növbəsində App Store qaydalarının pozulması deməkdir. Buna baxmayaraq həmin qayda pozuntusunu “Apple”dan gizlətmək üçün “Uber” çox maraqlı üsula əl atmışdır. Belə ki, məşhur taksi xidməti, “Apple”ın Kupertinodakı baş ofisində çalışan şəxslər barədə məlumatları yığmırdı. Bunun üçün isə “Uber” baş ofis binasının ətraf ərazisinə sərhəd qoymuşdu. Buna baxmayaraq bu qayda pozuntusunu çox sadə şəkildə aşkar etmək mümkün olub.

Belə ki, “Apple” işçilərindən biri tətbiqdən, baş ofisdə olmayan zaman istifadə edib və həmin qayda pozuntusunu aşkar edib. BeləlikləTim Cook, “Uber”in CEO-su Travis Kalanick-i bu məsələ ilə bağlı məsələni həll etmək üçün öz ofisinə dəvət edib. “Öyrəndiyim kimi siz bizim bəzi qaydalarımızı pozursunuz” – deyə Tim Cook həmin görüşdə öz söhbətinə başlamışdı. O, iOS istifadəçilərinin izlənməsinin dayandırılmasını Travis-dən tələb edib və Uber tətbiqinin App Store-dan pozulması ilə onu hədələyib. Bu hadisə 2015-ci ilin əvvəlində baş verib. Lakin məlumatlar nədənsə indi yayılmağa başlayıb. Həmin hadisədən sonra “Uber”, fingerprinting funksiyasından istifadəni dayandırdı. “Uber” isə öz növbəsində bildirmişdi ki, o, fingerprinting-dən hələ 2014-cü ilin sonundan istifadə edib. Taksi sürücüləri, oğurlanmış iPhone-ları alıb onlara Uber tətbiqlərini yazaraq əlavə qazanc əldə edirdilər. “Uber” isə fingerprinting ilə bunun qarşısını almağa çalışırdı. Bunun yalan və ya doğru olduğunu isə yalnız “Uber” əməkdaşları bilirlər.

Загрузка...