Uberdən yenilik

“Uber” Azərbaycan üçün yeni tətbiq hazırlayıb – “Uber Azerbaijan”


Bakı – 11 fevral 2019-cu il. Azərbaycanda yeni “Uber Azerbaijan” tətbiqi istifadəyəverilib. Bu tədbiq istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraqhazırlanıb. Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isəbir neçə ünvan qeyd etmək mümkündür. Tətbiq artıq “iPhone” və “Android” cıhazlarıüçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək hər bir gediş üçün 30%-dəkendirim əldə edəcəklər.“Uber Azerbaijan” tətbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəifinternet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazınyaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tətbiqdəəvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. “Uber Azerbaijan” tətbiqi sifarişüçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir.Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz – bu məbləğ səfərinsonunda kartdan avtomatik tutulacaq.«”Uber Azerbaijan” mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavəetdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostlarıyolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həminünvanları tətbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir vədayanacaqları nəzərə alaraq qiymət hesablayır», – deyə “Uber”in Azərbaycan üzrəregional direktoru Ataman İnce bildirib.Xüsusi olaraq yeni tətbiqinin yaradılması səbəbi ilə “Uber Azerbaijan” vasitəsi ilə yerinəyetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri 1 AZN-dən çox olmamaq şərtiilə 30%-dək təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, endirimavtomatik olaraq tətbiq olunacaq. Təklif 11-25 fevral 2019-cu il tarixləri arasındakeçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək –səfərin tam dəyərinə əsasən, xidmət şirkət tərəfindən kompensasiya edilir.Bir müddət sonra əvvəlki “Uber” proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq vəondan yalnız xaricdə istifadə etmək olacaq. “Uber Azerbaijan” tətbiqinə keçid asan vəşəffaf olacaq. Qeydiyyatdan keçərkən müştəri sadəcə “Uber” hesabına bağlı olannömrəsini qeyd etməlidir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tətbiqə əlavəolunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni “UberAzerbaijan” tətbiqində avtomatik olaraq göstəriləcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol