Ufak Tefek Cinayetler: Məşhur dördlünün xarakter təhlili – hansı olmaq istəyərdin

Ufak Tefek Cinayetler serialındakı xarakterlərin analizi

Son  dönəmlərdə ən çox izlənən seriallardan biridir.  Bəs bu qədər sevilməsinin səbəbi nədir? Çünki,  sonunu digər seriallar kimi təxmin etmək olmur və xarakterlərlə özümüzdə ortaq nöqtələr tapa bilirik.  Ona görə də xarakterlər bəzən bizə uzaq bəzən yaxın ola bilir.

Hər şey 4 qadının Merve, Oya, Pelin, Arzunun məktəb illərindən sonra  bir yerə gəlməkləri ilə başlayır.  Serialımızda xarakterlərin əsas məqsədi intiqam almaqdır.  Qadınların bir-birini həyatını sorğulaması və  “mükəmməliyətçiliyə” can atması serialı daha da rəngarəng edir. .

Əslində bu 4 tip qadın cəmiyyətimizdə mövcuddur.

  Merve 

tipli qadınlar-bu tip qadınlar ətraflarında özlərindən güclü qadınlar görməyə tab gətirə bilmirlər.  Əksər hallarda sinir sistemi zəif,  özünəgüvəni aşağı olan insanları yaxınlarında saxlayırlar ki,  idarə etmək asan olsun.  Özünə 1 sistem qurub ətrafındakı insanları kukla kimi oynatmağı sevirlər. İnsanlara yaxşılıq edərək ətrafında saxlayır və lazım gəldikdə bundan istifadə etməyi bacarırlar.  Duyğuları ilə hərəkət etmir çünki bunu zəiflik olaraq görür. Özünə duyğularına təslim olmayacaq qədər dəyər verir. Mervənin iştahını “yox deyə bilməyən”, vicdanlı, kompleksləri çox olan insanlar qabardır. Planı çox zaman qüsursuz olur. İnsanlar bu planın içində olduqlarından xəbərsiz olurlar.

 Oya

 tipli qadınlar serialda yaxşılığı seçmiş tərəf kimi görünür. İnsanlara yardım etməyi, onların dərdinə ortaq olmağı, özünü onların yerinə qoymağı çox sevir. Ona görə də serialda ən anlayışlı xarakter kimi görünür. Öz ayaqları üstündə dura bilən 1 kişiyə ehtiyac duymadan özünə ailə qurmadan yaşaya bilən 1 qadın kimi qarşımıza çıxır. Ta ki Sarmaşığa gələnə kimi. Əslində serialda insanlara çatdırılan mesaj “İnsanlar pis doğulmurlar, onları həyat pis olmağa məcbur edir” şəklindədir. Oyanın əslində sakit, xeyirxahlığı sevməsi onun stilinə də təsir edir. Çox zaman biz onu daha açıq tonlu geyimlərdə görürük. Amma nə zaman ki tünd tonlar geyinirsə onda qərarlı, istədiyini almaq üçün çabalayan Oya görürük, görəcəyik. İnsanlara çətin güvənir, güvənəndə hər şeydən keçəcək qədər fədakar ola bilir.

Ufak Tefek Cinayetler

Pelin 

tipli qadınlar qısqanclıqda brenddir dəyə bilərik. “Takıntı” səviyyəsi digər insanlarla nisbətdə çox yüksəkdir. Hətta takıntını sevgiylə dəyişik salır. Kimisə təqlid etməyi çox sevir. Lider doğulmadığının fərqində olduğu üçün başqalarının etdiyini təkrarlayaraq lider olmaq istəyir. Başqaları o statusda xoşbəxtdirsə özünün də xoşbəxt olacağını zənn edir. İnsanlara sərt davranmağı sevgi yetərsizliyi ilə əlaqəlidir. Əslində bütün etdiklərinin səbəbi karyerasında irəliləyiş əldə etmədiyinə görədir. Atası tərəfindən “şahzadələr” kimi yetişdirildiyi üçün əldə edə bilmədiyi hər şeyi canı bahasına da olsa almaq istəyir. Həyatda ən böyük qorxusu tək qalmaqdır.

Arzu 

 tipli qadınlar serialdakı digər qadınlar kimi “üsyankar” tipdə deyil. Əvvəl-əvvəl fədakar ana rolunda qarşımıza çıxır. Sevdiyi insanların həyatını o qədər önəm verir ki, öz həyatını yaşamaq yadından çıxır. Cəmiyyətdə bu tipli qadınlarla demək olar ki hər addımdadır. Üstəlik  tez-tez vicdanı və qorxusu arasında qaldığından haqsızlığa səssiz qalır. Özünə güvəni artdıqca o da “qaranlıq” tərəfə keçməyə başlayır. Əslində  o da “qaranlıq” tərəfi seçənlərdən deyil sadəcə o da pisliyi mühitdən öyrənir.  Ona görə də etdiklərinə haqq qazandıra bilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol