Ülviyyədən onu ittiham edən izləyicisinə sərt cavab

Aktrisa Ülviyyə Xəlilbəyli plastik əməliyyat etdirməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. 

Luxlife.az-ın məlumatına görə, aktrisanın 10 il əvvəlki fotosu izləyicilərini təəccübləndirib. 

Ülviyyənin “Bu da mənim 10 illik dəyişimim. Emo deyiləm” şərhi ilə paylaşdığı fotosuna yüzlərlə şərh yazılıb. izləyicilər onun üzdartdırma əməliyyatı etdirdiyi vurğulayıblar. 

Bu fikirlər isə Ülviyyəni əsəbiləşdirib. O, izləyicilərinə bir-bir cavab verib:

“Dolğunu sizinkimilər mənim şəklimi göstərib elətdirir. Çünki mən həmişə avropasayağı üz quruluşunu bəyənmişəm. Heç vaxt da yanaq dolğusu etmərəm. İçiniz qurddan dağılmamış, bir çarə qılın. 

Mənim yanağımı dartmağa ehtiyacım yoxdur. Ehtiyacım olsa, 40 yaşdan sonra etdirərəm. O qədər axmaq deyiləm siz dediklərinizi edib, özümü tez qocaldım. Kimin ağlına nə gəlir elə yazır”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol