Fatimə Aygünə ağzından çıxanı söylədi – VİDEO

Rəqqasə Fatimə Fətəliyeva xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı “Hər birinizin mənfi rəyi, elə mənim bir yerimə” şərhindən danışıb.

Sənətçi “MUZ TV”yə açıqlamasında müğənnini buna görə qınayıb.

F.Fətəliyeva sənətçilərin sosial şəbəkədə təhqirlər yazmasına qarşı çıxdığını deyib:

“Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır…. Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil”.

F.Fətəliyeva sosial şəbəkədə ona yazılan təhqirlərdən də danışıb:

“Mənə yazmışdılar ki, “Sən nəyinlə fəxr edirsən. Bicbala dünyaya gətirmisən. Başqasının ailəsini dağıtmısan”. Həmin insana cavab verim ki, mən heç kimin ailəsini dağıtmamışam. Dünyaya gözəl övlad gətirmişəm, atası da, anası da var. Oğlum sevgi-məhəbbət üzərində yaranan övladdır. Özümə hörmət edən xanımam. Başqa biri də yazıb ki, “1 il əvvəl nişanlımla görüşmüsən”. Ayıbdır ey, mənim 20 yaşında qızım var”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol