Akademik Cəlal Əliyev vəfat etdi

Fevralın 1-də uzun sürən xəstəlikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev vəfat edib.

Bu barədə xəbəri APA agentliyi yayıb, Oxu.Az xəbər verir.

Bildirilir ki, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

Cəlal Əliyev 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub.

Onun qardaşlarından biri — Heydər Əliyev — Azərbaycan prezidenti, digər iki qardaşı isə — Həsən Əiyev və Aqil Əliyev – Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.

1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə seçilib.

Mərhum akademiklə vida mərasimi bu gün saat 14:00-da Milli Elmlər Akademiyasının əsas binasında keçiriləcək.

Qurumdan Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol