Azərbaycanlı ekstrasensi Vanqanın vətənində görün necə qarşıladılar – VİDEO – FOTO

Bolqarıstan televiziyasında onun haqqında veriliş də hazırladılar.

Bolqarıstanın BNT1 dövlət televiziya kanalında fəlsəfə elmləri namizədi, “Dobrıy svet” Akademiyasının prezidenti Nuridə Qurbanovanın Sofiyaya səfəri, onun müsahibəsi və “Fenomen” filminin premyerası barədə süjet təqdim edilib. Bu barədə “LuxLife” Bolqarıstan mətbuatına istinadən məlumat verir.

N.Qurbanova Şuşa şəhərində anadan olub. N.Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal qabiliyyətləti “ENİOM” Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib. Elmi fəaliyyəti ərzində bri sıra ali beynəlxalq mükafatlarla, ordenlərlə təltif edilib.

N. Qurbanovanın Bolqarıstana səfəri KİV-in böyük marağına səbəb olub, telekanallarda çoxsaylı müsahibələr yayımlanıb və qabaqcıl nəşrlərdə məqalələr dərc edilib.

{youtube}SfVzTC_047o{/youtube}

Bolqarıstan paytaxtında, həmçinin N. Qurbanovanın “Otkrıtiye” Beynəlxalq Fondu tərəfindən“Azərbaycan Vanqası” fəxri diplomu və “Bolqar qızılgülü” medalı ilə təltif edilməsi mərasimi keçirilib. Fəxri mükafatlar fondun prezidenti Dono Tsvetkov tərəfindən təqdim edilib. Bolqarıstanın tanınmış rəsaamı İvan Yaxnadyev də N. Qurbanovaya öz əsərini hədiyyə edib. Əfsanəvi Vanqanın 105 illiyinin qeyd edilməsi çərçivəsində keçirilən tədbirdə ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri iştirak ediblər.
 
N. Qurbanova səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib və qeyd edib ki, Bolqarıstanda bir sıra layihələr reallaşdırmağa hazırlaşır.

Xüsusilə 3 ay ərzində Sofiya və Varnada onun bolqar dilində kitabı təqdim ediləcək, “Dobrıy svet” Akademiyasının (Kiyev) filialının açılışı olacaq, tibb sahəsində layihələr reallaşdırılacaq və s.

Qonaqlara N. Qurbanovanın “Fenomen” filmi təqdim edilib. Filmin baş qəhrəmanı  Mələk xanım və Azərbaycanın Vanqası kimi tanınan N. Qurbanovanın özüdür.  “Fenomen” filminin rejissoru Rusiyada yaşayan azərbaycanlı rejissor Mikail Mikayılovdur.

4 aktdan ibarət film-kaleydoskop musiqi simfoniyası kimi N. Qurbanovanın həyatındakı hadisələri burulğana qərq edir. Bu film təkcə onun İlahi vergisi və fenomenal imkanlarından bəhs etmir. Filmdə öz missiyasını yerinə yetirən, digər insanların həyatı üçün yaşayan öncəgörücü və şəfavericinin real hisslərini əks etdirir. Filmin ssenari müəllifi N. Qurbanovanın özüdür.

Film ilk dəfə 2015-ci il dekabrın 10-15-də Moskvada keçirilmiş “Stalker” XXI  Beynəlxalq Film Festivalında təqdim edilib.

LuxLife.Az

{gallery}nurida{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol