“Texnika bank” niyə bağlandı?

Xəbər verdiyimiz kimi, fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib. Həmin tarixdən etibarən bankın əmanətçiləri narahatçılıq keçirir. “LuxLife” bankın İdarə Heyətinin sədri Etibar Əliyevin “Yeni Müsavat” a verdiyi müsahibəni təqdim edir:

– Nə deyə bilərəm sizə? Heç bir qərarın əleyhinə deyiləm. Necə verilibsə, verilib.

– Prosedurlar həyata keçirilirmi?

– Heç bir təhvil-təslim prosesi yoxdur. Qaydalar var, onu həyata keçiririk.

– Bəs əmanətçilər gəlib-gedirmi?

– Heç kim gəlib-getmir. Hamı məlumatlıdır ki, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin əmanətini zamanında ödəyəcək. Prosedurlar bitən kimi bir ay ərzində bu məsələ də yekunlaşacaq.

– Bankdan kredit alanlar necə, onlar öz kreditlərini harada ödəməlidilər?

– Kredit alanlar da ödəyəcək. Hər şey məlum olacaq, narahat olmayın. Zamanı gələndə bu məlumatları da verəcəyik.

– Bəzi banklar öz fəaliyyətini dayandırsa da, sonradan bərpa etdilər. “Texnikabank” üçün də eyni ssenari keçərli ola bilərmi?

– Onu Mərkəzi Bankın rəhbərliyindən soruşun. Mən Mərkəzi Bankın işinə qarışmıram. Bu gün bağlayıb, səhər açırsa, bunu onlardan soruşmaq lazımdır.

– Sizinlə bağlı da eyni ardıcıllıq ola bilər?

– Xeyr. Mənim elə bir fikrim yoxdur. Bağlandısa, bağlandı. Əgər bizə işləməyə imkan vermədilərsə, canları sağ olsun.

– Yeni bir bank qurub, fəaliyyətinizi bank sektorunda davam edə bilərsizmi?

– Həyat davam edir. Sabah nə olacağını bilmək mümkün deyil. Heç kim heç nədən sığortalanmayıb. Nəsə bir yenilik olsa, sizə xəbər verəcəm.

– Bankınıza böyük məbləğdə əmanət qoyan şəxslərin narahatçılığı da səslənir. Onlar pullarının batacağından nigarandırlar.

– Hər kəs əmanətini alacaq. Əgər orda sığortalanmayan əmanət varsa, bankın digər aktivləri hesabına özünün vəsaitlərini alacaqlar. Nədir o aktivlər? Bankın 200 milyondan çox kredit faktoru var. Zaman-zaman insanlar da kreditlərini bağlayırlar. Elə kreditlər var ki, onun zamanı bitməyib. Ona görə biz o kreditləri vaxtından qabaq tələb etmək imkanına malik deyilik. Amma depoziti istədiyi vaxt gəlib istəyir, səs-küy salır. Bank isə kreditorları qarşısında o hərəkəti edə bilmir. Çünki konkret müqavilə var. Onlar da zamanında, yavaş-yavaş kreditlərini bağlayırlar. Onun da hesabına bank öz öhdəliklərini yerinə yetirəcək. Sadəcə, bir az zaman lazımdır.

LuxLife.Az

“British Airways” Tehrana uçuşlarını bərpa edir

Bakı – 4 fevral 2016-cı il. “British Airways” aviaşirkətinin sərnişinləri birbaşa reyslərin bərpa olunmasından sonra cari ilin iyul ayının 14-dən etibarən Tehrana səfər edə biləcəklər.

Reyslər həftədə 6 dəfə, 2016-cı ilin sonundan başlayaraq isə hər gün yerinə yetiriləcək. Uçuşlar Londonun Hitrou hava limanının 5-ci terminalından 4 sinifdən ibarət geniş göyərtəyə malik olan “Boeing 777” təyyarəsi ilə həyata keçiriləcək.

“İran inkişafda olan iqtisadiyyata malik iri ölkədir, Tehran isə bir çox işgüzar səfərlərə ev sahibliyi edən gözəl şəhərdir. Məhz bu səbəbdən Yaxın Şərq regionu istiqamətində uçuşlarımıza daha bir məntəqənin əlavə olunması bizim üçün çox sevindiricidir. Bir müddət öncə sanksiyaların aradan qaldırılması İran üçün yeni cəlbedici perspektivlər açıb. İnanıram ki, unikal memarlıq nümunələri, dünya səviyyəli qida məhsulları və zəngin irsə malik olan Tehran 2016-cı ildə turistlərin sevimli məkanına çevriləcək”, – deyə “British Airways”in Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionu üzrə direktoru Paolo de Renzis bildirib.

British Airways”in London-Tehran marşrutu üzrə ilk uçuşu 1946-ci ildə həyata keçirilib.

“British Airways” aviaşirkəti İran paytaxtı ilə yanaşı Menorka (İspaniya), Palermo (İtaliya), Hanya (Krit), Kalamata (Yunanıstan) və San-Xose (Kaliforniya) kimi 13 şəhərə uçuşları həyata keçirməyi planlaşdırır.

Aviaşirkətin Londondan Tehrana olan uçuşlarının tam cədvəli və digər məlumatları burada əldə etmək olar. Şirkətin veb-səhifəsi vasitəsilə müştərilər ən ucuz qiymətlərlə tanış olub, sifariş, ödəniş və digər xidmətlərdən faydalana bilərlər.

Ölkənin əsas biznes mərkəzi sayılan Tehran, həmçinin məsçidlər, qalalar və məbədlər xəzinəsidir, dünyaca məşhur olan Tahara sarayı isə öz arxitekutrası ilə heyrətləndirməyə bilməz.

Səyahətçilər, həmçinin Yezd kimi tarixi şəhərə baş çəkib, Toçala yamacında xizək sürüb, alış-veriş həvəskarları isə İran paytaxtının səs-küylü küçələrinin labiritində dolaşaraq şəhərin ən qədim və iri bazarını ziyarət edə bilərlər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol