Alim Qasımov sülhyaratma missiyasını üzərinə götürdü

Xalq artisti Alim Qasımov həmkarları İlhamə Quliyeva və Aygün Kazımova arasında son günlərdə yaranmış gərginliyə münasibət bildirib.

Sənətkar hər iki məşhur xanımı barışığa çağırıb:

“İlhamə Quliyeva ilə Aygün Kazımova arasında olanlardan xəbərim yoxdur. Allah bizi ona görə yaradıb ki, yüksək səviyyədə insanlıq nümunəsi, barışıq, din-iman nümunəsi kimi yaşayıb ömrümüzü başa vuraq və Onun dərgahına gedək. Ona görə millətimizin bu vəziyyətində, yüz minlərlə məcburi köçkünümüz olduğu halda, özümüz də özümüzü didib-parçalamamalıyıq. Bu, bizə yaraşmır. Çünki dünya bu dəqiqə alov içindədir. Allah özü bizi qorusun. Dünyanın bu halında xalqı sülhə, mehribançılığa, əmin-amanlığa çağırmalıyıq. Küsənləri də sülhə çağırıram”.

“Ehtiyac olarsa, onları barışdırmaq təşəbbüsü ilə çıxış edərsinizmi” sualına sənətkarın cavabı belə olub:

“Bilirəm ki, bu sözü eşidəndən sonra özləri barışacaqlar. Onların barışığında iştirak etmək istəmirəm”.

Xatırladaq ki, İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuata ünvanladığı müraciətdən sonra Aygün Kazımova sosial şəbəkədə məsələyə münasibət bildirmişdi. Kazımovanın Quliyeva barədə yazdıqlarından sonra tərəflərin münasibəti gərginləşib. İ.Quliyeva A.Kazımovanı məhkəməyə verərək bir milyon təzminat tələb edəcəyini açıqlayıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol