“İşte benim stilim: Ünlüler”in qalibi Azərbaycan əsilli model oldu – FOTO – VİDEO

Verilişin ötən buraxılışlarının birində podiuma “Köhnə Bakı” stilində çıxmışdı.

Türkiyənin “TV8” telekanalında yayımlanan “İşte benim stilim: Ünlüler” dəb yarışmasının qalibi məlum olub.

Oxu.Az xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində model Gizem Özdilli birinci seçilib.

Qeyd edək ki, 1974-ci ilin 22 iyulunda Ankarada dünyaya gələn Gizem Özdilli, əslən Azərbaycan mənşəlidir.

12 ildir ki, Türkiyədə və dünyanın müxtəlif ölkələrində modellik edən Gizem Özdilli, “Milli model” adını alaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkiyəni dünyanın bir çox ölkələrində təmsil edib.

Xatırladırıq ki, verilişin ötən buraxılışlarının birində Gizem Özdilli Azərbaycanda xeyli sayda fanatlarının olduğunu qeyd edərək podiuma “köhnə Bakı” stilində çıxmışdı.

LuxLife.Az

{gallery}iste{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol