Hansı siqaretlər ucuzlaşdı?

Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşıb.

Bu barədə bir çox xəbər portalları şəhərdəki satış nötələrinə istinadən xəbər yayıb.

Sputnik-in əməkdaşı məlumatın doğruluğunu araşdırmaq üçün şəhərdəki bir neçə market və siqaret satışı ilə məşğul olan məntəqələrə üz tutub. Satıcılar bəzi siqaret markalarında ucuzlaşma olduğunu təsdiqləyiblər.
Bazarda ən çox satılan siqaretlərdən olan “Winston” artıq 2,8 AZN-ə satılır. Halbuki, son vaxtlar onun qiyməti 3,3 AZN təşkil edib.

“Kent” və “Vogue” markalı siqaretlərin qiyməti 3 manatadək ucuzlaşıb. Dünənə qədər bu siqaretlər 3 manat 50 qəpiyə satılırdı.

“Yava” siqaretinin qiyməti də ucuzlaşıb. 1 man 80 qəpiyə olan bu markalar indi 1 man 20 qəpiyədir.

Lakin “LD” və “West” kimi çox satılan siqaretlərdə hələlik endirim yoxdur. Satıcılar bunun səbəbini bilmədiklərini, ancaq böyük ehtimalla o siqaretlərin də yaxın müddətdə ucuzlaşacağını söyləyiblər. Bunu da dolların get-gedə ucuzlaşması ilə əlaqələndiriblər.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol