Rəqsanə: “Camaatın kişisinin adını mənimlə niyə hallandırırlar?”

“Camaatın kişisinin adını mənimlə niyə hallandırırlar?” Məşhur müğənni Rəqsanə İsmayılovanın adı növbəti dəfə qalmaqalda hallanır. Əri kimi təqdim olunan azərbaycanlı iş adamı ilə adının birgə yazılması Rəqsanəni özündən çıxardı.

Müğənni, onu hədəf seçənlərə sərt cavab verdi: “Məndən əl çəksinlər! Mənə nə veriblər, ala bilmirlər? İstəmirəm haqqımda nə yaxşı nə pis yazsınlar. Camaatın kişisinin adını mənimlə niyə hallandırırlar? Axı mən o, adamı heç tanımıram. Niyə bu qədər günaha girirlər? Dərdimi kimə deyim, hansı qapını döyüm? Bu dərəcədə haqsızlıq olmaz. Kimə ixtiyar verilib ki, reyting xatirinə şəxsi həyatıma bu qədər müdaxilə edirlər? Nə edim, bu ölkədən çıxım gedim?!”

Müğənni bir müddət öncə hamilə olması ilə bağlı yayılan xəbərə də münasibət bildirib: “Yazdılar, Rəqsanə növbəti dəfə ana olmağa hazırşır, susdum. Üç ay öncə ürəyimdə probelm yaranmışdı, müalicə olunurdum. Efirlərdən uzaq düşdüm deyə, yaydılar ki, Rəqsanə hamilədir. Axı bu qədər vicdansızlıq olmaz. Mən hər kəsi vicdanı ilə baş-başa buraxıram. Allahdan qorxun!”. Məlumat üçün bildirək ki, bu gün Moskvada yerləşən “Qız Qalası” restoranında kütləvi dava baş verib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Sözügedən restoranın azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşına aid olduğu iddia edilib. /mənbə: PrimeTime.Az/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol