Nanə: “Ad günü mərasimi olsaydı, dostlarımı dəvət edərdim”

Azad Azərbaycan telekanalının baxımlı “Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva 12 fevral tarixində növbəti yaşına qədəm qoyub. Adətən təmtəraqdan uzaq gəzən Nanə doğum gününü qeyd etmək istəməsə də, “Nanəli”də iştirak edən məşhur müğənnilər ona surpriz ediblər.

PrimeTime.Az-a açıqlamasında Nanə dünənki günlə bağlı təəssüratlarını bu cür ifadə edib:

“Nanəli” verilişi efirə yayımlandığından tamaşaçıların sevgisini qazandı, hər həftə reytinqdə ön pillələrdə oldu. “Nanəli” nin məşhur iştirakçılarının israrı ilə dünən verilişimizin uğurunu qeyd etdik. Bu da mənim ad günümə təsadüf etdi. Xüsusi doğum günü qeyd etmədim. Ad günü mərasimi olsaydı, dostlarımı dəvət edərdim”.

Qeyd edək ki, hər həftə ATV kanalının efirində yayımlanan “Nanəli”,qısa müddətdə milyonlarla tamaşaçı sevgisini qazanmış, Azərbaycan musiqisi və bəstəkarlarının təbliğatına xidmət edən proqramdır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol