Elza Seyidchan da deputat olmaq istəyir

Bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.

Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. Bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib: “Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”. 

E.Seyidcahan namizədliyini ürəli sürdüyü dairənin adını açıqlamayıb: “Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm”.

Şair Mirzə Sakit bu münasibətlə Elza Seyidcahana şeir həsr edib:

 

ELZA – 2015

 

Halal olsun sənə bacım,

Fəxrim, şanım, qol-qulacım

Allah mənə buyurdu ki,

Bir az səndən söhbət açım

 

Parlamentdə şəst durarsan,

Siyavuşu susdurarsan

Zahidə dirsək göstərib,

Oktaya qan qusdurarsan

 

Baxışların sərt hökmdü,

Nəğmən loğmandı, həkimdi

Sən olan məclisdə daha,

Zeynəb Xanlarova kimdi

 

Həccə getmədən həcisən,

Nadan nə bilsin nəçisən

Deputatlıq səndən kiçik,

Sən Allahın elçisisən

 

Pislərin yandır atasın,

Getsin düyüsün artdasın

Səni mandatlı görəndə,

İlhamə də qoy çatdasın

 

Qəmli idik bu vaxtacan,

Bacım gəlir ay can ay can

O gün olsun qalxıb deyəm,

Gözün aydın Azərbaycan !!..

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol