Ailə TV-dən yeni kampaniya

Rəqəmsal yayıma keçidin stimullaşdırılması məqsədilə Ailə TV kabel televiziyası növbəti kampaniyaya start vermişdir.

Kampaniyanın şərtlərinə əsasən, 2-ci HD Resiver əldə edərək rəqəmsal yayıma qoşulan abunəçilər, abunə olduqları tarif üzrə tam bir ay Ailə TV-ni pulsuz izləyəcəklər.

Kampaniya 31.03.2016 tarixinədək qüvvədədir.

Qeyd etmək lazımdır ki, analoq yayımdan fərqli olaraq rəqəmsal yayımda abunəçilərə daha geniş imkanlar təqdim etmək mümkündür. Rəqəmsal yayım abunəçiləri daha keyfiyyətli şəkildə daha çox telekanal izləmək imkanına malikdirlər, eləcə də EPG (Elektron Proqram Bələdçi) funksiyası ilə telekanalların proqramını birbaşa öz televizorlarında izləyə bilərlər.

Elə məhz Ailə TV-ni seçən vətəndaşların daha çox rəqəmsal yayıma üstünlük verdiklərini nəzərə alaraq kabel televiziyası yeni kampaniyaya başlamaq və abunəçilərə güzəştli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşulmaq üçün ən müxtəlif imkanlar təqdim etmək qərarına gəlib.

Ən son texnologiyalardan istifadə etməklə, abunəçilərə keyfiyyətli yayım təqdim etmək və operativ xidmət göstərməyi prioritet məqsəd hesab edən Ailə TV, stimullaşdırıcı kampaniyaları daim davam etdirir və abunəçilərə telekommunikasiya sahəsində ən son xidmətlər təklif edir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol