Yaz fəsli üçün yeni kolleksiya – FOTOSESSİYA

Misha Nonoo Yaz-Yay 2016 kolleksiyada bir-birindən havalı və füsünkar qadın obrazlarına həsr etmişdir.

60-70-ci illərdə “tom boy” üslubunu xatırladan geyimlər üçün yaradılan obrazlarda dağınıq saçlar və təbii makiyaj nəzərə çarpır.

Kolleksiyanın süjet xəttində sanki bir-birinə yaxından bağlanan 3 bacı sevgisi durur. Hər kolleksiyasında olduğu kimi brend müxtəlif iqlim və mədəniyyətlərdən ilham almışdır. Dizayner kolleksiyada Şərq və cənubi Afrika motivlərindən istifadə edərək V yaxalıqlı köynəklər, don və trapes ətəklər hazırlamışdır.

Brendin təqdim etdiyi geyimlərin üstün cəhətləri rahat və əlverişli olmasındadır. Brendin qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq məşhurlaşmasının əsas səbəbi geyimlərinin həm keyfiyyətli, həm də qiymətlərinin olduqca münasib olmasıdır.

LuxLife.Az

{gallery}kolleksiya{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol