Azəri qızı Günelin bacısı ikinci dəfə ərə gedir – FOTO

Bu gün tanınmış estrada müğənnisi, Azəri Günel kimi tanıdığımız Günel Zeynalovanın böyük bacısı Müşərrəf ailə həyatı qurur. PrimeTime.Az-a daxil olan məlumata görə, Müşərrəf sevib seçdiyi, iş adamı Ramil bəylə nigah masasına əyləşib. Nigah şahidi müğənni Günelin özü olub. Günel xüsusi olaraq bu məclis üçün fevralın 12-si Türkiyədən gəlib.

Hazırda Səadət Sarayında baş tutan nigah mərasimindən sonra səbəbkarlar üçün qapalı məclis keçiriləcək. Müşərrəf xanım və Ramil bəy ən yaxınlarını bir araya toplayıb, kiçik məclis düzənləyirlər.

Məclisdən dərhal sonra, gecə saatlarında cütlük Dubaya, bal ayına yollanır.

Onu da qeyd edək ki, bu, hər iki səbəbkarın ikinci evliliyidir. Ramil bəyin ilk nigahdan övladı olmasa da, Müşərrəf oğul anasıdır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol