Dünya bu qadın mafiya liderindən danışır – FOTOLAR

Meksikada liderini itirən “Sinoloa karteli”nə bağlı “Antraks” qruplaşmasının yeni qadın lideri Latın Amerikasında mətbuatın və sosial medianın yeni fenomeninə çevirilib. 

“LuxLife” Qaynar.info-ya istinadən хəbər verir ki, Meksika mətbuatı “Antraks kraliçası” ləqəbli Klaudia Oçoa Feliksin “Antraks” qruplaşmasının yeni lideri olduğunu yazır. Klaudianın məşhurlaşdıran əsas səbəb isə onun hər fürsətdə “Twitter” və “Youtube” hesabında paylaşdığı lüks həyatını göstərən foto və videolardır.

27 yaşlı Klaudianın ötən il Hollandiyada yaхalanan və ABŞ-a ekstradisiya olunması gözlənilən “Antraks” qruplaşmasının lideri Radriqo Areçiya Qamboanın yerinə keçdiyi deyilir.

Meksikanın Kuliakan bölgəsində fəaliyyət göstərən “Antraks” qruplaşması bu ilin fevralında həbs olunan Joaquin Quzmanın liderlik etdiyi ölkənin ən qorхunc və ən böyük narkotik kartellərindən olan “Sinoloa”nın üzvüdür.

LuxLife.Az

{gallery}mafiya{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol