Dərini gözəlləşdirmək üçün maskalar

Alma üzün dərisi üçün olduqca faydalı meyvədir. Buna görə də alma məhsulları içərisində olan alma sirkəsi də tərkibindəki maddələr sayəsində dərinizi ləkələrdən və izlərdən təmizləyir.

– Bir miqdar sirkəni pambığın üzərinə töküb yatmazdan əvvəl üzünüzü təmizləyin. Masaj edər şəkildə təmizləməyi unutmayın və hər gecə yatmazdan əvvəl tətbiq edin.

Şəfa qaynağı balın dəri ləkələrinə inanılmaz faydaları:
Bal tərkibindəki maddələr sayəsində dərinizi parladıb daha təbii görünməsinə köməkçi olur. Bal eyni zamanda dərinizi sızanaq ləkələrindən xilas edəcək.
– 1 xörək qaşığı bal
– 2 xörək qaşığı qatıq
– 5 damla limon suyu

Bunları bir qabda qarışdıraraq maska edin. Masaj edər şəkildə dərinizə tətbiq edib 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə edə biləcəyiniz bu maska dərinizin sağlam olmasını təmin edəcək.

Maya maskası: Bir paket yaş maya ilə yarım limonu bir qabda maska edin, üzünüzə (göz altları istisna olmaqla) masaj edər şəkildə tətbiq edin. 10-15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Dəri ləkələrini aradan qaldıran bu maska eyni zamanda qırışların qarşısını almaqda da olduqca faydalıdır.

Kahı maskası: 5 kahı yarpağını doğrayın, bir miqdar su ilə qaynadın. Daha sonra üzünüzü bu su ilə təmizləyin. Həftədə 2 dəfə edə bilərsiniz. Bu dərinizi ləkə izlərindən xilas edəcək.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol