İlhamə Quliyevanı Avropa Məhkəməsinə şikayət edəcək

“Bakı Apellyasiya Məhkəməsi doğru qərar çıxarmasa Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov “Yeni Müsavat”a açıqlamasında deyib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Hüseynovanın vəziyyəti ilə də bağlı danışıb:

“Özüm gedə bilməsəm də qızım müstəntiqin vasitəsilə anası ilə görüşüb. Vəziyyəti normaldır. Lakin hər dəfə “axı nə günahım var idi ki, məni həbs ediblər?” deyir. Yenə də bildirirəm ki, Mehriban Hüseynova sifarişlə ora salınıb. Bu adam tam günahsızdır, onun heç bir günahı yoxdur”.

T.Hüseynov həyat yoldaşının “etirafedici” ifadəsindən də söz açıb. O bildirib ki, M.Hüseynova fiziki təzyiqlə hədələndiyi üçün o cür ifadə vermək məcburiyyətində qalıb:

BŞBPİ-dən deyiblər ki, salın bunu “pres”ə, o da qadın xeylağıdır, qorxub, o cür ifadə verib”.

T.Hüseynov Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun mətbuata təqdim etdiyi faktların qərəzsiz, dərindən araşdırılması üçün hüquq-mühafizə orqanlarına səslənən deputat Çingiz Qənizadə və tanınmış vəkil Aslan İsmayılova öz təşəkkürünü bildirib:

“Bununla bağlı bu gün onlara təşəkkür məktubu göndərəcəm. Bu işdə mətbuatın da xüsusi rolu oldu. Hər kəsə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, fevralın 13-də Səbail Rayon Məhkəməsində müğənni İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. M.Hüseynova müddətin uzadılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, M.Hüseynova bu il həbs edilib. Müğənninin şikayəti əsasında onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol