“Polislər məni təhqir etdi”

Stilist Samiraldonun avtomobili cərimə meydançasına aparılıb.

Axşam.az-a açıqlama verən stilist başına gələn hadisədən danışıb:

“Avtomobilimi hər gün saxladığım dayanacağa qoymuşdum. Özü də ödənişli dayanacaqdır. Birdən gördüm ki, polislər aparır. Ayaqyalın qaçıb, saxlamaq istədim. Polis idarəsinə gedəndə, məni təhqir etdilər. Heç bir qayda pozmamışdım. Ətrafda nə qədər maşın varıydı, onları aparmadılar. Yazılan 40 manat cəriməni ödəmək mənim üçün çətin deyil. Sadəcə, haqsızlığa pis oluram. Hansı haqla polis məni təhqir edir?”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol