NASA Marsın əsas sirrini açdı – FOTO

Amerika Birləşmiş Ştatları tədqiqatçıları Mars planetində maye halda olan su tapıblar.

“LuxLife” xəbər verir ki, NASA bu barədə xüsusi təşkil edilmiş mətbuat konfransında açıqlama verib. Daha sonra geniş araşdırmanın nəticəsi “Nature Geoscience” jurnalında yerləşdirilib.

Məqalədə Marsın dağ yamaclarında mövsümi axıntıların yarandığı qeyd olunub. Həmin axıntılarda duzlu suyun olduğu bildirilir. Onları görmək isə yalnız planetin orbitindən mümkündür.

Alimlərin fikrincə, bu, Marsda suyun varlığına birbaşa sübutdur. Həmin su özünü ilin isti aylarında daha çox göstərir, soyuq aylarda isə yoxa çıxır. /mənbə: qafqazinfo.az/

LuxLife.Az

{gallery}mars{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol