Roza Zərgərli tədbirdə dava saldı – FOTO

Rus Dram Teatrında “Məhəmməd üçün” adlı xeyriyyə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, Afaq Gəncəlinin aparıcılığı ilə baş tutan gecədə müğənnilər Röya Ayxan, Natavan Həbibi, Kərim Abbasov, Roza Zərgərli, Vasif Məhərrəmli, Xuraman Şuşalı, Sevinc Musayeva, Ceyhun Əliyev, Əbdül Xalid, Samira Allahverdi, Mirkamil Kamilov iştirak ediblər.

Qeyd edək ki, 5 yaşlı Məhəmməd hazırda Türkiyənin Ankara şəhərində yerləşən Hacıtəpə xəstəxanasında müalicə alır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasından toplanmış pullar məhz onun əməliyyatı üçün xərclənəcək. Əməliyyata isə 70.000 dollar pul lazımdır.

Gecədə narazılıq da yaşanıb. Belə ki, bütün müğənnilər iki mahnı səsləndirdiyi halda, Roza Zərgərli bir mahnı ifa edə bilib. İfaçı kulis arxasına keçərək buna etirazını bildirib.

“Əlimdə qutu səhnəyə düşdüm ki, mən ifa edə-edə insanlar bu qutuya pul atsınlar. İstəyirdim daha bir mahnı oxuyum ki, pul yığılsın. Amma icazə vermədiniz. Bu cür təşkilatçılıq olmaz” deyən Roza məkanı əsəbi halda tərk edib.

LuxLife.Az

{gallery}ftr{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol