Cəmi 4 dollarlıq smartfon satılır

Hindistanın “Ringing Bells” şirkəti 251 rupiyə (4 dollar) yeni “Freedom 251” adlı smartfon təqdim edib.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bu telefon dünyada ən ucuz smartfon hesab olunur.

“Freedom 251” 4 düymlü displeyə, 1.3 GHz tezlikli 4 nüvəli prosessora, 1 GB operativ yaddaşa və 1450 mAs gücündə batareyaya malikdir.

Smartfonun arxa kamerası 3.2, ön kamerası isə 0.3 meqapikseldir. Qacet Android Lollipop 5.1. əməliyyat sistemində çalışır.

Telefonun Hindistanda satışına fevralın 18-dən başlanacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol