ATV-nin efirində dava düşdü. Zaur qonağı verilişdən qovdu – VİDEO

ATV-də yayımlanan “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyevlə musiqiçi Zahid Qubadlı arasında narazıçılıq yaranıb.

Axşam.az-ın məlumatına görə, Qubadlıya həsr olunan proqramda Z.Qubadlı etiraz bildirib:

“Kaş verilişdə Qubadlıda doğulanlar olardı, Sumqayıtda böyüyənlər yox. Qubadlını görənlər ora haqqında yaxşı danışar”.

Onun bu sözlərinə Z.Baxşəliyev etiraz bildirib və danışmasına imkan verməyib:

“Sumqayıtlıdır, qubadlılıdır nə fərqi var? Hamımız azərbaycanlıyıq. Belə etirazlarınıza görə, mikrofon sizə gec gəlir, çıxır. Olmaz belə, ayrı-seçkiliyi sevmirəm. Verilişimə gələnin qəlbini qırmaq fikrim yoxdur. Amma mənimlə eyhamla danışılmasın. Heç ailəmdə də buna yol vermirəm”.

Z.Qubadlı aparıcının bu sözlərindən sonra verilişdən uzaqlaşdırılıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol