Samira: “Həmin verilişlərə getmirəm”

Müğənni Samira Allahverdi bəzi televiziya verilişlərinə dəvətini qəbul etmədiyini açıqlayıb.

Müğənni vurğulayıb ki, hər gün, gecə-gündüz efirlərdə görünməyin tərəfdarı deyil. Samiranın sözlərinə görə, tamaşaçı müğənnini tez-tez görməklə, yorula bilər:

“Kim efirlərdə vaxtaşırı görünərsə, bu, onun şəxsi işidir. Bu səbəbdən də efirlərdə gec görünürəm. Son vaxtlar formatıma uyğun olmayan verilişlər olur. Bəzən də müzakirə olunan mövzuları bəyənmirəm deyə, həmin verilişlərə getmirəm. Amma dəyər verdiyim, hörmət etdiyim verilişlərdən 3-4-nün dəvətini qəbul edirəm. Düşünürəm ki, insan hər hansı bir verilişdə qonaq olanda, əvvəlcədən öz üzərində hazırlaşmalıdır və informasiyalı olmalıdır. Hər dəfə boş-boşuna efirlərə çıxmağın nə faydası var?”

Qeyd edək ki, həmkarlarından fərqli olaraq S.Allahverdi, şou-biznes qalmaqallardan uzaq dayanıb. İfaçı bu günə qədər yalnız yaradıcılığı ilə gündəmə gəlməyə çalışıb. /mənbə: primetime.az/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol