Azərbaycanlı məşhurlardan Ankaraya başsağlığı

Ötən gün Ankarada baş verən terror hadisəsinə yerli məşhurlarımız da biganə qalmayıb.

Tanınmışlar sosial şəbəkədə “Terroru lənətləyirik” sözlərinin əks olunduğu foto paylaşaraq, Ankaraya başsağlığı veriblər.

Əməkdar artist Aybəniz Haşımova “Ankarada törədilmiş terroru lənətləyirik. Canımız Türkiyə, biz sizinləyik” şərhini paylaşıb.

Müğənni Zamiq Hüseynov “Acınız acımızdır” sözlərini qeyd edib.

Əməkdar artist Röya Ayxan “Biz azərbaycanlılar sizinlədi. Siz də bizimlə olun, çox dağları aşarıq. Başsağlığımızı qəbul edin” sözlərini yazıb.

Prodüser Tarix Əliyev (Tolik) terroru lənətləyib:

“Allah Ankarada ölənlərə rəhmət eləsin. Türkiyənin acısı Azərbaycanın acısıdır. Terrora yox deyək, ermənilər də terrordur”.

Aparıcı Günay Firudinqızı “Hamımız bir Allahın quluyuq. Onun izni ilə doğulduq, onun icazəsi ilə öləcəyik. İnsan qatillərinə ar olsun. Türkiyə, başın sağ olsun” şərhini paylaşıb.

Aktyor Fərda Xudaverdiyev “Acınız acımızdır, Türkiyəm. Allah ölənlərə rəhmət eləsin” deyə, bildirib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada dünən güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib. Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri xəsarət alıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol