Azərbaycanda qeyri-adi toy dəvətnaməsi – FOTO

Nəsirovlar ailəsinin toy dəvətnaməsi digərlərindən fərqli olaraq adi deyil, qəzet formasında hazırlanıb.

“HÜRRİYYƏT əldən getdi” adlı qəzet-dəvətnamədə cütlüyün şəkilləri, toy məclisinin keçirildiyi yer və vaxtla yanaşı, xəbər adı ilə bəzi maraqlı məqamlar da yer alıb.

Belə ki, dəvətnamədə dəvət olunan qonaqlardan BMT-nin adından bəy və gəlini tək qoymamaq xəbərdarlığı yer alıb. Eləcə də, yazılıb ki, guya böyük ölkələrin dövlət və hökumət başçıları bu toyu dəstəklədiyi, həmçinin bu münasibətlə Rusiya ilə Ukrayna, İsraillə Fələstin, İŞİD-lə Suriya arasında atəşkəs elan olunduğu barədə məzəli xəbərlər yer alıb.

Məzəli məqamlardan biri də bəyin dostları kimi Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın, “Qurdlar vadisi” filminin məşhur qəhrəmanı Polad Ələmdarın, “Boşbaş pikçers”dən Fəlakətin, eləcə də məşhur müğənni Röyanın şəkilləri yer alıb.

Qəzet-dəvətnamədə bir sıra digər anonslarla yanaşı, həmçinin toy günü havanın necə olacağı da özünəməxsus formada qeyd olunur: “Yeyib, içib, gülüb, oynayıb, əylənib xoş gün keçirmək üçün əsl əlverişli hava şəraiti hökm sürəcək”.

Bəy Vüsal Nəsirov Milli.Az-a bildirib ki, toy üçün belə bir dəvətnamə formasını özü sifariş verib. Onun sözlərinə görə, bu dəvətnamə toya dəvət olunan 200 nəfərə paylanıb:

“Buna oxşar, amma daha sadə və balaca dəvətnaməni xarici saytların birində görmüşdüm. Paylanılandan sonra hamı məni təbrik əvəzinə dəvətnamədən danışırdı. Belə dəvətnaməni görəndən sonra cəmi 2 və ya 3 nəfərdən başqa hamı toya gəlmişdi. Amma məhz dəvətnaməyə görə gəlib toya pul salmayanlar da oldu. Özləri dedilər ki, bu cür dəvətnaməni görüb gəlməmək olmazdı”.

V.Nəsirovun sözlərinə görə, onadək Azərbaycanda buna oxşar dəvətnamənin olub-olmaması ilə də maraqlanıb. Məlum olub ki, bu, ilk belə haldır: “Hər halda mən beləsini görməmişəm”.

LuxLife.Az

{gallery}devetname{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol