İlhamənin bacısı: “Onun ölümünü başa düşmədim”

Fevralın 25-də ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bacısı İradə Quliyeva ATV-də yayımlanan “Bizimləsən” verilişinə müsahibə verib.

Sənətçinin bacısı onun ölüm xəbərini alanda inanmadığını deyib:

“Mənə qızım zəng elədi ki, İlhamə ölüb. Dedim, ola bilməz, bəlkə şayiədir. Sonra qardaşı dedi ki, hər yerdə yazırlar, İlhamə dünyasını dəyişib. Getdik evinə, yataq otağına girdik, gördük uzanıb. Dedim bu necə oldu, axı mən onunla danışmışdım, yaxşı idi, qəfildən necə öldü? Köməkçisi dedi ki, telefonla danışdı, əsəbiləşdi, birdən-birə halı pisləşdi. Onun ölümünü başa düşmədim. Mənimlə sonuncu dəfə ölümündən bir-iki gün əvvəl danışmışdı, evinə də getmişdim. Həmin gün də yanına getməliydim. Köməkçisi də heç nə bilmir”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol