Elton Condan oğullarına həyat dərsi

Dünya şöhrətli ingilis müğənni Elton Con mirasını oğullarına vəsiyyət etməyəcəyini deyib.

Ifaçı övladlarını pul qazanmaq üçün zəhmət çəkməyə öyrətmək istəyir. Bu barədə Mirror məlumat verib.

“Əlbəttə, mən oğullarıma bir az maddi vəsait ayıracam. Amma bu dəhşətdir ki, uşaqlara sərvətini miras qoyursan. Bu, onların həyatlarını məhv edər”. Elton Con ələvə edib ki, oğulları normal olmalıdır. Onlar pula, əməyə hörmət etməlidirlər.

Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxə ilə satılıb. İfaçının sərvəti təxminən 413 milyon dollar təşkil edir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol