“CONNECT” İnternet qiymətlərini aşağı saldı

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda daim yeniliklər tətbiq edən “CONNECT” şirkəti cari ilin mart ayının 1-dən etibarən abunəçilərə təqdim olunan internet tariflərində endirim tətbiq edib. Belə ki, internet xidməti üzrə tariflərdə müvafiq endirim həm ADSL, həm də fiber-optik internet xidmətinə şamil olunub. Göstərilən tarixdən etibarən şirkətin internet xidmətinin abunəçiləri ADSL və fiber-optik internet xidməti üzrə yenilənmiş tariflərlə daha yüksək sürət əldə edə biləcəklər.

Eyni zamanda bu dəyişikliklər şirkətin İnternet+TV xidmətini birlikdə əldə edən abunəçilərinə də şamil olunmuşdur. Yenilənmiş tariflərdən sonra 2 m.bit/s ADSL internet və TV xidməti (Standart paket) birlikdə TV aylıq abunə haqqında 50 faiz endirim tətbiq olunmaqla 17 AZN-ə təqdim olunacaq. Həmçinin abunəçilər digər 4, 6, 8, 10 m.bit/s və s. internet tariflərini seçməklə güzəştli İnternet+TV tarifi çərçivəsində xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, “İnternet+TV xidməti güzəştlə” adlı güzəştli tarif planına əsasən İnternet+TV xidmətini birlikdə əldə edən abunəçilər TV xidməti üzrə aylıq abunə haqqında 50%-ə qədər güzəşt əldə edirlər.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol